Polisə yalan ifadə verməyə çalışan şəxsin cinayət əməli ifşa edilib (FOTO)

İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birinin sahibi
polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq
hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı
orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını bildirib.
Gözətçinin dediyinə görə,maskalı naməlum şəxslər onu döyərək daha
sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb,
yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min
manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən əməliyyat-istintaq tədbirləri
nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi,
gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan
qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq
Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə
obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi
ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları
tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut
kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi
başlanılıb, istintaq aparılır.

Teqlər: