Könül Nurullayeva Misir mətbuatında İƏT-in Azərbaycana dəstəyindən yazdı

Milli Məclisin deputatı Könül Nurullayevanın məqaləsi Misirin
nüfuzlu mətbuat orqanlarında dərc olunub.

AzerTimes-ın məlumatına görə, “Azərbaycanla İƏT arasında əməkdaşlıq
İslam dünyasının təhlükəsizliyinə xidmət edir” başlıqlı məqalədə
deputat diqqəti 2020-ci il 44 günlük müharibə nəticəsində erməni
işğalından azad edilən Azərbaycana məxsus Qarabağ və Şərqi Zəngəzur
bölgəsində aparılan bərpa-quruculuq işlərinə yönəldib. Qeyd edib
ki, Azərbaycan hökuməti öz maliyyə imkanları hesabına bu ərazilərdə
insanların rahat və firavan yaşaması üçün infrastruktur qurur.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən
qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər
qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə
beynəlxalq müstəvidə dəstək də müşahidə olunmaqdadır. Bu mənada
deputat İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyini
xüsusi qeyd edib: “Təşkilatın Xarici İşlər Nazirləri Şurasının
22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının
İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın
qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın
Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul
edilən dörd qətnamə bunu bir daha təsdiqləyir. İclasın Yekun
Bəyannaməsində və sırf Azərbaycanla bağlı qəbul edilmiş dörd
qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi,
iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks
olunub. İslam dünyası Azərbaycan hökuməti və xalqının Ermənistanın
hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri
qayıdışına şərait yaratmaq məqsədilə azad edilmiş ərazilərin bərpa
və yenidən qurulması səylərini dəstəkləyir. Dünyanın dörd
qitəsindən olan 57 dövlət adından qəbul edilmiş bu müddəalar
Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin hərbi və
siyasi nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul
edilməsinin daha bir göstəricisidir.”

K.Nurullayeva qeyd edib ki, qətnamələrdə Ermənistanın
Azərbaycana qarşı təcavüzünün siyasi, hüquqi, iqtisadi və humanitar
aspektləri ilə bağlı mühüm müddəalar əks olunub. Eyni zamanda
Azərbaycan ərazilərində işğal zamanı İslam mədəni və tarix irsinin
nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, mədəni
irs nümunələrinin saxtalaşdırılması və oğurlanması pislənilir, bu
hərəkətlər vandalizmin və barbarlığın təzahürü kimi qeyd
edilir.

Məqalədə Azərbaycanın vaxtilə işğal altında olan torpaqlarında
dağıdılan mədəni abidələrlə bağlı məlumat da yer alıb: “Bu
ərazilərdə təqribən 403 tarixi dini abidə olub, onlardan 67-si
məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf
rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman
məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12,
Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən
dağıdılaraq yararsız hala salınıb. Ermənilər İslam dəyərlərinə
hörmətsizlik edərək məscidlərdən tövlə kimi istifadə ediblər.
Hazırda Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə dini
abidələrimizin bərpasını həyata keçirir, yeni məcsidlər inşa
olunmaqdadır.”

K.Nurullayeva qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi
torpaqları ən inkişaf etmiş ərazilərə çevirəcək: “İƏT-ə üzv
dövlətlər, İslam İnkişaf Bankı və İƏT-in digər aidiyyəti
qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və
yenidən qurulması işlərində Azərbaycan hökumətinə yardım etmək
istəyi də təqdirəlayiqdir.
Qəbul edilən qətnamələrdə, eyni zamanda Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə
Ermənistanın məsuliyyəti təsbit edilir, Azərbaycanın bu xüsusda
hüquqi tədbirlərə əl atmaq haqqı vurğulanır. Beləliklə,
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən
sonra rəsmi Bakı ilə İƏT arasında əməkdaşlıq da yeni inkişaf
mərhələsinə qədəm qoyub. Postmünaqişə dövrünün yeni reallıqlarına
uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının
təhlükəsizliyinə xidmət edir.”

https://worldnewnews.com/%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d9%85%d9%86%d8%b8%d9%85%d8%a9-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a7/

https://www.elamwal.com/201568

https://www.nile1.com/%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1%d8%a7%d9%84%d9%84%d9%87%d9%8a%d9%8a%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0/

https://www.3aagell.com/%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A8%D9%8A%D9%86-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%85%D9%86%D8%B8%D9%85%D8%A9-%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A7/

Teqlər: