Prezident İlham Əliyev İran Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisiyə
başsağlığı məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox
sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca
kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların
ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Teqlər: