AZTV-yə arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün 1 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv
materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması
ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv
materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması
üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək tapşırılır.

Teqlər: