Göyçayda narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub (FOTO)

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin
təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat
vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik
kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən
nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair
şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib.
Müayinənin də nəticəsinə əsasən H.Adıgözəlovun marixuana istifadə
edib, avtomobil idarə etdiyi məlum olub.

Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə
yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir
görülüb.

Teqlər: