Prezident İlham Əliyev: Əsl müstəqillik həyatımız xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra başlayıb

1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu
hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız
başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında
iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə
bağlıdır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən bildirib.

“Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz
möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi.
Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı
hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün
müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ
müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun
nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz
buradayıq”, – deyə Prezident vurğulayıb.

Teqlər: