Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməlidir – Stoltenberq

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyənin
tələblərini yerinə yetirməlidir.

AzerTimes-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens
Stoltenberq İspaniya radiosuna açıqlamasında deyib.

“Müttəfiq məsələni qaldıranda, onu tənzimləmək lazımdır. Hər
zaman belə olub. Heç kim Türkiyə qədər terror hücumlarına məruz
qalmayıb. “Kürdüstan İşçi Partiyası” (PKK) Avropa İttifaqında, o
cümlədən İsveç və Finlandiyada terror təşkilatarı siyahısındadır.
Ümid edirəm ki, bu məsələ həll olunar və Finlandiya ilə İsveçin
NATO-ya üzvlüyü ilə bağlı iyunun sonundakı Madrid sammitinə qədər
razılıq əldə edilər”, – NATO rəhbəri deyib.

Teqlər: