Prezident İlham Əliyev: Bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür

Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın
ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü
dəstəkləyib. Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz
Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər
və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni,
biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan
komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə
də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq
görünür.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev Albaniyanın Baş naziri Edi Rama ilə görüşündə bildirib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu, əməkdaşlığımızın
ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var.
Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş
portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya
təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu,
həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini
təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan
məsələlər yeni inkişafla nəticələnəcək”.

Teqlər: