Mingəçevirdə keçmiş əri 25 yaşlı qadını qətlə yetirdi

Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində
1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə
şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir Şəhər Prokurorluğundan AzerTimes-a bildirilib ki,
aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il
təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı
bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: