Prezident İlham Əliyev: Biz məsələlərə real yanaşırıq, anlayırıq ki, Ermənistanla qarşılıqlı münasibətlər asan olmayacaq

Sülh və qarşılıqlı münasibətlərə gəldikdə, biz bu məsələlərə
real yanaşırıq. Çünki biz anlayırıq ki, bu, asan olmayacaq. Ona
görə hər şey vaxtında və zamanında edilməlidir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransda səsləndirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan xalqının yaraları bu
30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün
mütəmadi avtobus səfərləri keçirilir, insanlar gedirlər və öz
gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin
dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması
ağlasığmazdır.

“O zaman sevdiklərini itirən insanların ağrı-acılarını anlayıram
və başa düşürəm. Mən özüm də orada baş verən barbarlığı
unutmayacağam. Çünki biz vəhşilikləri unutmamalıyıq, bu bizim
tariximizdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Teqlər: