Prezident İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf
edir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 21-də
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında
əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi. Avropa İttifaqı ilə
Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən
dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişel ilə müntəzəm dialoq apardığını xatırlatdı. Prezident İlham
Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı
münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin
normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğuladı.

Teqlər: