Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılmasını təsdiqlədi

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun
saxlanılması xəbərini təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi
tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə
ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün
məhkəməyə təqdimat verilib.


Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata
buraxılıb.

Teqlər: