Kiyevdə Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb (FOTO)

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev
şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən
lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, aksiya
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı
Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş
Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş
tutub.


Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və
xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat
verməkdir.

Teqlər: