Polşa Rusiyadan qaz və kömür tədarükündən imtina edir

Polşa yaxın gələcəkdə Rusiyadan enerji resurslarının idxalına
embarqo tətbiq edəcək.

Trend “İnterfaks”-a istinadən xəbər verir ki, bunu Polşanın
xarici işlər nazirinin müavini Şimon Şinkovski Almaniyanın
“Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqı tərəfindən belə bir qərar qəbul edilməsə belə,
biz özümüz bir neçə ay ərzində bu qərarı verəcəyik ki, yaxşı nümunə
göstərək və digər ölkələri də buna təşviq edək”, – Şinkovski qeyd
edib.

Eyni zamanda diplomat Polşanın belə bir addımının Rusiya
iqtisadiyyatına ciddi təsir etməyəcəyini vurğulayıb.

“Biz əminik ki, yalnız Avropa dövlətlərinin birgə qərarının hər
hansı mənası var”, – Şinkovski əlavə edib.

Teqlər: