Fransada prezident seçkilərinə start verilib

Paris vaxtı ilə səhər saat 08:00-da (Bakı vaxtı ilə 10:00)
Fransada və Qərb yarımkürəsindəki xarici departamentlərdə prezident
seçkiləri çərçivəsində 70 minə yaxın seçki məntəqəsi açılıb.

Trend xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi
Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48
milyondan çox seçici qeydə alınıb.

Seçkilərdə 12 namizəd, o cümlədən Fransanın hazırkı prezidenti
Emmanuel Makron, iştirak edir. Onun əsas rəqibi “Milli birlik”
partiyasından namizəd, deputat Marin Le Pendir.

Davam edən COVID-19 pandemiyası ilə əlaqədar seçicilərə qoruyucu
maskalar taxmağa və sosial məsafəni qorumalıdırlar. Seçki
komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq
havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya
etmək tapşırılıb.

Respublikada qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə başa
çatmamış sorğulardan və ya səsvermə prosesinin
qiymətləndirilməsindən hər hansı məlumatın dərci, o cümlədən
prezident marafonunun iştirakçılarının bəyanatlarının yayılması
qəti qadağandır.