Avstraliyada parlament seçkilərinin keçiriləcəyi vaxt müəyyənləşib

Avstraliya parlamentinə federal seçkilər mayın 21-də
keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bəyanatla baş
nazir Skott Morrison general-qubernator Devid Hurli ilə görüşdən
sonra çıxış edib.

Parlamentdə çıxış edən Skott Morrison Nümayəndələr Palatasına və
Senata seçkilərin mayın 21-i şənbə gününə təyin edildiyini
açıqlayıb.

Hökumət başçısı həmvətənlərini gələcək seçkilərdə rəhbərlik
etdiyi Avstraliya Liberal Partiyasını dəstəkləməyə çağıraraq qeyd
edib ki, hazırda ölkə iqtisadiyyatının yerləşdiyi şəraitdə “riskə
yer yoxdur”. Onun fikrincə, avstraliyalılar artıq bələd olduqları
“sınanmış” komanda ilə perspektivi qeyri-müəyyən qalan müxalifət
arasında seçim etməli olacaqlar.

Teqlər: