Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Mart ayında ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.

Trend Dövlət
Turizm Agentliyinin saytına istinadən xəbər verir ki, ötən ay
Azərbaycana 95 844 xarici vətəndaş gəlib. Ötən ilin müvafiq dövrü
ilə müqayisədə 112 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin
martında ölkəyə 45 110 əcnəbi gəlmişdi.

Bu ilin birinci rübündə isə 246 277 xarici vətəndaş ölkəmizə
səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz artım
olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 227
əcnəbi gəlib.

Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə,
Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb.
Türkiyədən 24 244, Rusiyadan 17 824, İrandan 15 638, Gürcüstandan
5483, Ukraynadan isə 5327 əcnəbi ölkəmizə daxil olub.

Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin
müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-ci
ilin üçüncü ayında 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu
rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.

Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə
gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin I
rübündə 6437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla
7751 əcnəbi ölkəmizə gəliib.

Teqlər: