Bu şəxslərə daha tez pensiyaya çıxmaq hüququ veriləcək


Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez
pensiyaya çıxmaq hüququ veriləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları
haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

Belə bir güzəşt analara verilmişdi, amma atalara verilməmişdi.
“Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin verilməsi
nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

Teqlər: