Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var

Perunun Ankaş departamentində sərnişin avtobusu dərəyə aşıb.

Trend “ANDİNA” agentliyinə istinadən xəbər verir ki, Tayabamba
şəhərindən ölkənin paytaxtı Lima şəhəri istiqamətində hərəkət edən
avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 35 nəfər
isə xəsarət alıb.

Məlumata əsasən, nəqliyyat vasitəsi təxminən 100 metr
hündürlükdən dərəyə aşıb. Qəzanın səbəbi hələ müəyyən
edilməyib.

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.