2022-ci ilin ilk Ay tutulması başlayıb

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu,
tam Ay tutulmasıdır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzerTimes-a
bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə
sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə
alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və
Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay
üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə
olunmur.

Teqlər: