Azərbaycanın lider qadınları üçün əsas biznes tədbiri olan “SHE Congress” canlı görüşlərə qayıdır

18 may 2022-ci il JW Marriott Absheron Baku otelində Azərbaycan
və digər ölkələrin iş qadınlarını bir araya gətirən sayca dördüncü
SHE Congress – irimiqyaslı beynəlxalq tədbiri öz işinə
başlayacaq.

Adında qadınlar üçün məxsusi özəllikləri ifadə edən sözləri –
Smart, Happy, Elegant (Ağıllı, Xoşbəxt, Zərif) – birləşdirən
tədbir, ilk dəfə 2014-cü ildə Kiyevdə keçirilib, 2017-ci ildən
etibarən isə üç dəfə uğurla Bakıda baş tutub və 2500-dən çox qadın
üçün görüş yerinə çevrilib.

Bu ilki konqres öz qapılarını Azərbaycan, Avropa və Asiyanın
digər ölkələrindən olan 300 iş qadınına açacaq.

Səhnədə və salonda bu günün və sabahın liderlərini toplayan
təşkilatçıların məqsədi – ideya və iştirakçıların karyera
yüksəlişinə qarşılıqlı təkan vermək, hələ də qadınların peşəkar
özünütəsdiqini müşayiət edən maneələrin sayını azaltmaq üçün
səyləri birləşdirməkdir.

Sahibkar, “Azerbaijan Business Women” təşkilatının rəhbəri, tək
Azərbaycanda deyil, bütöv regionda layihənin aparıcı qüvvəsi olan
Tatyana Mikayılova bildirib ki, qadınların həyatın müxtəlif
sahələrində özlərini təsdiq etməsinə yardım etmək onun əsas
fəaliyyət istiqamətlərindən biridir.

“Qadınların biznesə, hakimiyyətə, ictimaiyyətə tam
inteqrasiyasına yardım etmək mənim həyat missiyamın tərkib hissəsi
və 10 ildən çoxdur davamlı və daimi məşğul olduğum bir mövzudur.
Mənim müxtəliflik və inkluzivlik üzrə layihələrimdən biri artıq beş
ildən çoxdur ki, öz adında “SHE” komponentini ehtiva edir. “SHE
Congress” əhatəsinə görə ən irimiqyaslı formatdır, çünki illər
ərzində 600-dən 800-ə qədər qadın ilhamlanmaq, güclənmək,
motivasiya əldə etmək və irəliyə daha cəsarətli və əmin getmək
naminə özünü yeniləmək üçün tədbirlərimizdə dayanmadan 8 saat
iştirak edib. Bu ilin proqramı hətta güclü çağırışlar və
dəyişikliklər zamanı, həm zalda, həm də səhnədə olan yeniliklərə
açıq olan qadınları ruhlandırmaq gücündə olan insanlar və
mövzularla zəngindir,” – deyə Tatyana Mikayılova qeyd edib.

Bu ilki tədbirin tərəfdaşları qismində KOB Azerbaijan, USAID,
Crimson Education, PASHA Bank və BOSCH Home çıxış edir.

Konqresin tam proqramı və iştirakçıların siyahısı:
SHE agenda 2022.pdf

Teqlər: