Peru prezidenti ona qarşı istintaqın başlaması qərarını şikayəti edəcək

Peru prezidenti Pedro Kastilyo korrupsiya ilə bağlı şübhələr
səbəbindən Baş prokurorun ona qarşı ibtidai istintaqa başlamaq
qərarının etibarsız sayılması üçün vəsatət qaldıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkə başçısının vəkili Benji Espinosa
deyib.

“Bildirirəm ki, sabah səhər tezdən Baş Prokurorun qərarının
tamamilə etibarsız sayılması ilə bağlı vəsatət qaldırılacaq. Hesab
edirik ki, konstitusiyanın respublika prezidentinin təqibini
qadağan edən 117-ci maddəsi pozulur”, – deyə vəkil bildirib.