Şəkidə körpüdən yıxılan kişi xilas edildi (VİDEO)

Şəkidə 57 yaşlı kişi körpüdən yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “112″ qaynar telefon
xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda
batma təhlükəsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət
Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb
olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü
təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif
dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə
vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.

Teqlər: