Mehmana kəndində ermənilər tərəfindən törədilən vandalizm aktı sübut edir ki, erməni üçün heç bir mənəvi dəyər yoxdur – ŞƏRH

Erməni vandalizminin və vəhşiliyinin uzun illər, hətta on illər,
əsrlər boyu davam etməsi tarixi faktlarla sübut olunur. Bu həm də
ifşa prosesidir. Həmin ifşada nəzərəçarpan, əsas diqqət çəkən məqam
isə odur ki, məlum vandalizm və vəhşilik bir tək müsəlman
ölkələrinə, türklərə qarşı deyil, elə xristianlara qarşı da eyni
formada törədilib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Elşən Musayev deyib.

Onun sözlərinə görə, son günlər 1-ci Qarabağ müharibəsinə qədər
əvvəllər Ağdərə, daha sonra isə Kəlbəcər ərazisində yerləşən və
yunanların cəm olduğu Mehmana kəndində ermənilər tərəfindən
törədilən vandalizm aktı geniş müzakirə olunmaqdadır.

“Bu, həmin yunanlardır ki, 19-cu əsrin əvvəlində Rus-Türk
müharibəsindən sonra Tərtər çayının 19 km-də məskunlaşıblar və on
illər boyunca Azərbaycan ərazisində yaşayıblar. Eyni zamanda öz
adət-ənənələri, öz kilsələri olub və düz 1-ci Qarabağ müharibəsinə
qədər kimsə onlara toxunmayıb. Yəni, onların azərbaycanlılarla,
Azərbaycan dövləti ilə problemi olmayıb. Çox rahat bir şəkildə
həyatlarına davam ediblər. Amma müharibə başlayan kimi ermənilər
yunanlara qarşı əsl vəhşilik siyasəti yürüdüblər. İşğaldan sonra
isə həmin vəhşilik daha da artıb. Erməni vandallar yunanları öz
yurdlarından didərgin salıblar, kilsələrini dağıdıblar, evlərini
yandırıblar. Şahidlər söyləyir ki, kənddən çıxmayan, öz evlərində
qalmaq istəyən çoxlu sayda insandan bu günə qədər ümumiyyətlə xəbər
yoxdur. Ehtimal edilir ki, onlar işgəncə ilə öldürülüb.

Bütün bu deyilənlər və tarixi faktlar bir daha sübut edir ki,
erməni üçün heç bir mənəvi dəyər yoxdur. Heç ümumi dinə mənsub
olmağın da əhəmiyyəti yoxdur. Bu vəhşilər qarşılarına çıxan
məscidləri də, kilsələri də eyni formada dağıdıblar. Bu vandallar
müsəlmanı da, xristianı da eyni şəkildə qətl ediblər”, – deyə o
əlavə edib.

Teqlər: