Parisdə etirazlar səngimir: Məşhur şirkətin ofisi yandırıldı

Parisdə etirazlar səngimir: Məşhur şirkətin ofisi yandırıldı

Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etirazlar səngimək bilmir.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, aksiya zamanı polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər bankların və mağazaların şüşələrini sındırıblar.

Həmçinin, onlar LVMH (Louis Vuitton Moet Hennessy) şirkətinin Paris ofisinə daxil olaraq müəssisəyə od vurublar.

Məlumata görə, polis tərəfindən azı 15 nəfər saxlanılıb.

Teqlər: