Ukrayna: Ruslar ciddi itki versə də, hücuma davam edir

Ukrayna: Ruslar ciddi itki versə də, hücuma davam edir

Ciddi itkilər verməsinə baxmayaraq, Rusiya qoşunları 4 istiqamətdə – Liman, Baxmut, Avdeeyev və Marinka üzrə hücuma davam edir. Ən şiddətli döyüşlər Baxmut və Marinka istiqamətində gedir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, Ukrayna müdafiəçiləri rusların 20 hücumunu dəf edib.

Teqlər: