Ərdoğan: Onlara nəinki ölkə, mağaza belə əmanət edilməz!

Ərdoğan: Onlara nəinki ölkə, mağaza belə əmanət edilməz!

Türkiyə tarixi seçkiyə şahidlik edəcək. Bu seçkilər ölkəmizin və millətimizin gələcək 5 ilini deyil, yarım əsrini müəyyən edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışında deyib.

“Ruhsuz, plansız, baxış bucağı olmayan bir komandaya (Millət İttifaqı) nəinki Türkiyə, Malatya, ərzaq mağazası belə əmanət edilməz”, – deyə dövlət başçısı bildirib.

Teqlər: