Pakistanda Türkiyə istehsalı olan “MİLGEM” layihəli üçüncü korvet suya buraxılacaq

Mayın 20-də Kəraçi limanında Pakistan Hərbi Dəniz Qüvvələrinin
ehtiyacları üçün Türkiyənin “MİLGEM” proqramı çərçivəsində inşa
edilən üçüncü korvetin suya buraxılması mərasimi keçiriləcək.

Trend xəbər
verir ki, tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da
iştirak edəcək.

2018-ci ildə Pakistan Hərbi Dəniz Qüvvələri MILGEM proqramı
çərçivəsində dörd Ada sinif korvetinin tədarükü üçün müqavilə
imzalayıb.

Müqaviləyə əsasən, Pakistan HDQ üçün ilk iki korvetin Türkiyədə
İstanbul Dəniz Gəmiqayırma Zavodunda, qalan ikisinin isə Türkiyənin
köməyi ilə Kəraçidəki gəmiqayırma zavodunda tikilməsi qərara
alınıb.

“MİLGEM” layihəsi çərçivəsində ilk korveti olan BABUR (F-280) 15
avqust 2021-ci ildə suya buraxılıb.