NATO 42 minədək hərbçisini yüksək döyüşə hazırlıq vəziyyətinə gətirib

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını
42 minə çatdırıb.

Trend xəbər
verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında NATO
Müttəfiq Qüvvələrinin (JAF) Avropadakı ali baş komandanı amerikalı
general Todd Uolters bildirib.

“Avropada Ali Baş Komandan kimi mənim rəhbərliyim altında
hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox
hərbçimiz və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır
vəziyyətdədir”, – o bildirib.

T. Uolters qeyd edib ki, hazırda Birləşmiş Ştatların kollektiv
müdafiəyə töhfəsi 100 mindən çox hərbi qulluqçudan ibarətdir.

“Ümumiyyətlə, NATO-nun qətiyyəti və birliyi heç vaxt bu qədər
yüksək olmayıb”, – amerikalı general vurğulayıb.