BƏƏ-də yeni neft yataqları aşkar edilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç yeni neft yatağı kəşf
edilib.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, bu barədə Abu Dabi Milli Neft
Şirkətinin (ADNOC) yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, yataqlardan biri paytaxtından 200 kilometr
cənub-qərbdə yerləşən Bu Hasa Abu-Dabi quru yatağında tapılıb.
Buradakı premium neft ehtiyatlarının həcmi 500 milyon barel
civarında proqnozlaışdırılır.

Digər yataq Əbu-Dabi sahillərində dənizdə aşkarlanıb. Onun
ehtiyatları təxminən yüz milyon barel həcmində qiymətləndirilir.
Üçüncü yatağın həcmi təxminən 50 milyon barel yüngül və azkükürdlü
neft civarında proqnozlaşdırılır.

Teqlər: