Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir – Səfir

Kəlbəcər. Trend:

Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində
əməkdaşlığı müzakirə edir.

Bunu Trend
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

“Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı
Azərbaycan hökuməti ilə təmasdadır. Pakistanlı istehkamçılar və
digər mütəxəssislər bu prosesdə Azərbaycana kömək etmək üçün
Qarabağa gələcək”, – səfir deyib.

O əlavə edib ki, Qarabağda sahibkarlığın inkişafı üçün çoxlu
imkanlar mövcuddur.

“Hesab edirəm ki, bərpa işləri başa çatan kimi bir çox Pakistan
şirkətləri buradakı iqtisadi imkanları öyrənməyə başlayacaq”, –
deyə o bildirib.

Səfirin fikrincə, daha çox diqqət tələb edən sahələrdən biri də
təbii ehtiyatların, o cümlədən şirin su mənbələrinin tədqiq
olunmasıdır.

“Kəlbəcərin gözəlliyi və landşaftı heyrətləndirir. İnanıram ki,
bir çox pakistanlılar bu gözəlliklərdən zövq almaq üçşün Qarabağa
gələcək. Bura bütün dünya üxçün xüsusi turizm mərkəzinə
çevriləcək”, – B.Haye bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: