Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları

Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi “təmzimlənən” LED-lərdən istifadə edən, Samsung-un illər ərzində
inkişaf etmiş texnologiyasıdır. Texnologiya müxtəlif işıq saçan və
təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən
istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən
asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa
kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün
mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha
çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung
şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin
ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar
daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu
daha incə olur.

Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin
təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma
qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu
prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər
şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir.
Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən
etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə
televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra,
emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir”
formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə
artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və
arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını
təmin edilir.

Yüksək keyfiyyətli təsvirin mükəmməl ötürülməsi Samsung
Neo QLED-in
forma faktoru ilə gücləndirilir. İstənilən
məkana uyğunlaşan minimalist dizayn, demək olar ki, yan çərçivəsiz
təqdim olunur. Televizorun haşiyəsi artıq ekranda baş verən
hadisələrdən diqqəti yayındırmır və görüntünün ab havasına dalmağa
imkan yaradır. Təxminən 1 mm genişliyində olan bu çox incə
çərçivələr, Neo QLED-ə həqiqətən zövq oxşaya bir
görünüş bəxş edir.

Parlaq, demək olar ki, çərçivəsiz, incə dizayna əlavə olaraq,
istehsalçı burada həm də One Connect Box-dan istifadə edir. Bu,
müxtəlif naqillərin yaratdığı dolaşıqlığı minimuma endirməyə imkan
yaradan və girişlər / çıxışlar da daxil olmaqla, televizorun bütün
qoşulmalarını bir yerdə toplayan xüsusi “qutudur”.

Mükəmməl görüntü əlbəttə ki, mükəmməl səs ilə müşahidə
olunmalıdır. Bu səbəbdən də Samsung, sözü gedən bu televizorları
hadisələri ekranda izləyən ətraf səs texnologiyaları ilə təchiz
etmişdir. Bu keyfiyyət nəinki səsi həcmləndirir, həm də tamaşaçının
film və ya proqramın ab havasına dalmasına kömək edir. Bu, nitqin
baş verənləri daha dolğun başa düşməyə kömək etdiyi hərəkət
səhnələri və oyunlar üçün daha çox uyğundur.

Yuxarıda sadalanan funksiyalara əlavə olaraq, televizor bir çox
başqaları ilə də təchiz edilmişdir:

• Q-Symphony – Eyni zamanda həm dinamiklərdən, həm də əlavə səs
panelindən istifadə edərək səsi yayımlayır (yalnız uyğun olan
Samsung səs panelləri ilə).

• Tap View – telefon ekranının televizorda əks etdirir. Multi
View sizə ekranı əks edərkən məzmunun yayımını davam etdirməyə
imkan verir.

• SpaceFit Sound – otaq həcmindən asılı olaraq rəqəmsal səsin
korreksiyası funksiyası (otağınızın akustikasına əsaslanan səs
optimallaşdırılması).

• Super UltraWide GameView – 32:9 aspekt nisbətində görüntü
yayımlamağa imkan yaradır (ultra geniş oyunlara aiddir, yalnız
PC-dən).

Xatırladaq ki, Samsung Neo QLED televizorları
artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo
QLED
televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet
saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home,
Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində
əldə bilərsiniz.

Teqlər: