Pakistan partlayış nəticəsində azə 13 nəfər xəsarət alıb

Pakistanın cənubundakı Karaçi limanında partlayış baş verib,
polislər də daxil olmaqla ən azı 13 nəfər yaralanıb.

Trend “Sinxua”
agentliyinə istinadla xəbər verir ki, partlayış Sind əyalətinin
Cinnah yolu yaxınlığında baş verib və əsas hədəf polis avtomobili
olub.

Polis ilkin araşdırmaya görə, partlayıcı maddənin motosikletə
yerləşdirildiyini bildirib.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri və xilasetmə
qrupları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar,
yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti heç bir qrup və ya şəxs hələlik öz
üzərinə götürməyib.