Türkiyə ilə Əlcəzair arasında bir sıra sahələrdə əməkdaşlıq haqqında müqavilələr imzalanıb

Türkiyə və Əlcəzair arasında müxtəlif sahələrdə əməkdaşlığı
nəzərdə tutan 15 müqavilə imzalanıb.

Trend türk
KİV-lərinə istinadla xəbər verir ki, sənədlər Şimali Afrika
ölkəsinin prezidenti Əbdülməcid Tebbunun Ankaraya səfəri zamanı
imzalanıb.

İmzalanma mərasimi Ankaradakı Prezident Kompleksində iki ölkə
prezidentlərinin iştirakı ilə baş tutub.

Sazişlər təhsil, sosial xidmətlər, ətraf mühitin mühafizəsi,
mədənçilik, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə,
mədəniyyət, kiçik biznesə dəstək, texnologiya və innovasiyalar,
balıqçılıq və media sahələrində əməkdaşlığı nəzərdə tutur.

Teqlər: