Finlandiya parlamenti NATO ilə bağlı müzakirələri yekunlaşdırıb

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başa
çatıb.

Trend xəbər
verir ki, bu barədə qanunverici orqanın saytında məlumat
verilir.

Qeyd olunur ki, debat 14 saatdan çox davam edib, bu zaman
ərzində 212 çıxış dinlənilib.

Məsələ baxılması üçün Xarici Əlaqələr Komitəsinə verilib. O,
hökumətin təşəbbüsünə cavab hazırlayacaq.