Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb

Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə
istiqamət götürən 62 konteynerdən ibarət növbəti konteyner blok
qatarı Bakı Limanına çatıb.

“ADY Konteyner” MMC-dən AzerTimes-a verilən məlumata görə, blok
qatar 40 futluq konteynerlərdən ibarətdir. Konteynerlərdə Türkiyəyə
kimya sənayesi məhsulları və gübrə daşınır. Qatar Türkmənbaşı
limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi vasitəsilə
çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara
yüklənəcək, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə
Türkiyəyə yola salınacaq.

Layihə “Asiya və Sakit okean
regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa
nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir.


Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə
nisbətən 101 faiz artıb.

Teqlər: