Ağcabədidə həyat yoldaşını öldürmək istəyən şəxs saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Ağcabədidə həyat yoldaşını öldürməyə cəhd edən şəxs
saxlanılıb.

Ağcabədi Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi
rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman
Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış
münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıcaq xəsarətləri
yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.


Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: