Ötən sutka ərzində 39 yanğına çıxış olub – FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış
və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5
nəfər xilas edilib. Həmçinin, Mingəçevir şəhərində 1954-cü il
təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyiti bağlı qapı
arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: