Azərbaycanda inşa edilən ilk ödənişli yolun istifadəyə veriləcəyi vaxt açıqlandı

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil
yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Agentlik sədri Saleh
Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O
bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə
dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi
davam etdirilir.

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci
texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral
avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi
hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə
yekunlaşdırılması planlaşdırılır”,-deyə Saleh Məmmədov
bildirib.

Teqlər: