Ötən il narkotik alveri edən 133 qadın saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Ötən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 133 qadın saxlanılıb.

AzerTimes-ın əldə etdiyi məlumata görə, ötən il daxili işlər
orqanları tərəfindən narkotiklə əlaqəli 6391 nəfər cinayət
məsuliyyətinə cəlb edilib. Onlardan 133 nəfəri qadın olub.


2021-ci ildə keçirilən əməliyyat tədbirləri nəticəsində
ümumilikdə 3 ton 45 kiloqram narkotik vasitə, 318 kiloqram isə
güclü təsiredici maddə aşkarlanıb.

Teqlər: