Sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətlərini paylaşan sürücü həbs olunub (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti
iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan,
cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati
məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,
rayon sakini Yusif Usubov istifadəsində olan “VAZ-2107” markalı
avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin
əməllərini sosial şəbəkələrdə paylaşıb.

Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il
müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub.

Teqlər: