Ötən gün ölkədə 29 yanğın olub, 1 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə
qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində Bakı şəhərinin
Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il
təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai
rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova
Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə
təhvil verilib.

Teqlər: