Bu ildən məktəbəqədər təhsil müəssilərinə qeydiyyat vahid sistem üzərindən həyata keçiriləcək

Bu ildən etibarən məktəbəqədər təhsil müəssilərinə qeydiyyat da
vahid sistem üzərində, yəni elektron qaydada həyata
keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və
məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov
deyib.

O bildirib ki, qeydiyyatın vahid sistem üzərində həyata
keçirilməsi gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin
edəcək.

“Yaxın günlərdə bağçalara qeydiyyat da elektron qaydada
aparılacaq”,- deyə əlavə edib

Teqlər: