Ötən gün cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 113 cinayətin üstü “isti izlər”lə
açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin
olunub.

DİN-dən AzerTimes-a verilən məlumata görə, axtarışda olduğuna görə
ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan
23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

Teqlər: