Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb

Kəlbəcər. Trend:

Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri
başlayıb.

AzerTimes-ın Qarabağ bürosunun
məlumatına görə, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə
Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri
təşkil edilib.

Səfər çərçivəsində komitənin, Alban-Udi xristian dini icmasının
və digər xristian icmalarının nümayəndələri ilə birgə, jurnalistlər
də işğaldan azad olunan Kəlbəcərə yola düşüblər.

Qeyd edək ki, onlar məbəddə dini ayin icra edəcəklər, dualar
oxuyacaqlar və şamlar yandıracaqlar.

Teqlər: