Bitkoin 15 faizdən çox ucuzlaşıb

Dünyanınn ən populyar kriptovalyutası hesab olunan bitkoinin
qiyməti 34 min dollar həddindən aşağı düşüb.

Trend-in
məlumatına görə, bitkoinin dəyəri son 5 gün ərzində 15 faizdən çox
azalıb.

Son altı ayla müqayisədə isə azalma 50 faizi ötüb. Qeyd edək ki,
ötən ilin noyabrında bitkoinin qiyməti ən yüksək həddə çataraq 67
800 dolları ötmüşdü.

Eyni zamanda ikinci ən böyük kriptovalyuta hesab olunan etereum
da son beş gündə 15 faiz ucuzlaşaraq 4 min dollara
alınıb-satılır.

Teqlər: