Ötən ay Kliniki Tibbi Mərkəzə ürək problemi ilə bağlı 1000-dən artıq şəxs müraciət edib

Xəbər - Samir Əli – Trend:

Yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində Kliniki
Tibbi Mərkəzin Kardiologiya şöbəsinə müraciət edən xəstələrin sayı
min nəfərdən çox olub.

Bu barədə AzerTimes-a mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur
Hidayətoğlu deyib.

O bildirib ki, onların müraciət etmə səbəbləri daha çox
hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi və ürəyin aritmiyası
ilə bağlı olub.

“Həkim baxışından keçən xəstələr müayinə olunub və qısa müddətdə
müalicələrinə başlanılıb.

Kardiologiya şöbəsində stasionar xidmət almış xəstələrin sayı
isə 104 nəfər olub. Onların 35-i Poliklinika şöbəsindən, 36-sı Acil
şöbəsindən daxil olub. 33 stasionar xidmət almış xəstələrdən 30-u
Reanimasiya şöbəsindən, 3-ü isə digər şöbələrdən köçürülüb.


Qeyd edək ki, oturaq həyat tərzi, hərəkətsizlik, stress,
qeyri-sağlam qidalanma ürək xəstəliklərinin əsas yaranma
səbəbləridir. Ürək xəstəlikləri insanlarda irsi yolla və ya yaş
faktorundan asılı olaraq da yarana bilər.

Ürək-damar xəstəliyi aşkar edildikdə ilk növbədə fiziki
aktivliyi artırmaq, hərəkət etmək ən əsası isə stressdən uzaq olmaq
lazımdır.

Ürək-damar xəstəliyindən əziyyət çəkən insanların həyat tərzini
dəyişməsi, ziyanlı vərdişlərdən uzaq durması, tez-tez həkim
konsultasiyalarında olması məsləhət görülür.

Teqlər: