KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır – Orxan Məmmədov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana
xarici biznesin cəlb olunmasında maraqlıdır və zəruri köməyi
göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə
heyətinin sədri Orxan Məmmədov Bakıda “Azərbaycan-Udmurtiya” biznes
forumu zamanı deyib.

O.Məmmədov Rusiya Federasiyasının regionları ilə işgüzar
əlaqələrin inkişaf etdiyini, Udmurtiya ilə də əməkdaşlıq
imkanlarının genişləndirilməsi üçün potensialın olduğunu
bildirib,

“Bu cür tədbirin keçirilməsi Azərbaycanla Udmurtiya arasında
əməkdaşlıq üçün geniş spektrli istiqamətlərin olmasını nümayiş
etdirir və ikitərəfli təşəbbüslərin reallaşdırılması üçün
perspektiv sahələrin operativ müəyyənləşdirilməsinə kömək edir.
Agentliyimiz Rusiyanın profil strukturları ilə dövlət müəssisələri,
eləcə də birbaşa biznes ictimaiyyəti səviyyəsində əlaqələrin
genişləndirilməsinə böyük əhəmiyyət verir”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)