Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli
(Ombudsman) Səbinə Əliyeva Dünya Bankının dövlət sektoru üzrə baş
mütəxəssisləri Eva Melis, Valid Malik və Dünya Bankının
nümayəndələrini qəbul edib.

Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, qonaqları
salamlayan Müvəkkil təsisatın fəaliyyətinin əsas istiqamətləri,
dövlət və yerli özünüidarə orqanları, ictimai təşkilatlar və
beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib,
fikir və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Çıxış
zamanı əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi sahəsində
görülmüş işlər, Müvəkkilin müstəqil monitorinq funksiyası, eləcə də
biznes və insan hüquqları sahəsindəki fəaliyyəti barədə ətraflı
məlumat verilib.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan işlər, habelə
Ombudsmanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə
bağlı fəaliyyəti barədə danışılıb.

Görüş zamanı Ombudsmanın Aparatında və regional mərkəzlərində
elektron sənəd dövriyyəsi sisteminin tətbiqi, texniki bazanın
müasir tələblərə uyğun quraşdırılması, Dünya Bankının Azərbaycanda
məşğulluğa dəstək və pulsuz hüquqi yardım layihələri üzrə
əməkdaşlıq perspektivləri, eləcə də “Biznes və insan hüquqları”
sahəsində maarifləndirmə və təbliğat işinin təşkili, çap
materiallarının hazırlanması sahəsində əməkdaşlıq məsələləri
müzakirə edilib, hər iki qurum üzrə əlaqələndirici şəxslər müəyyən
edilib.

Teqlər: