Azərbaycan və Tacikistan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik – XİN

Azərbaycan Tacikistanla əməkdaşlığın daha da inkişaf edəcəyinə
ümid edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin Tacikistan ilə diplomatik əlaqələrin qurulmasının
30-cu ildönümü münasibətilə “Twitter” səhifəsindəki paylaşımda
deyilir.

“Bu gün Azərbaycan və Tacikistan arasında diplomatik
münasibətlərin qurulmasının 30 ili tamam olur. Tacikistan
Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı
çatdırırıq. Biz Azərbaycan və Tacikistan arasında əməkdaşlığın daha
da inkişaf edəcəyinə ümid edirik”, – deyə paylaşımda
bildirilir.

Teqlər: